Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

EUR, GBP VƏ QIZILDA BAHALAŞMA PROQNOZLAŞDIRILIR

13-02-2018, 10:54 Baxış: 186
EUR, GBP VƏ QIZILDA BAHALAŞMA PROQNOZLAŞDIRILIR
Son iki həftə ərzində 4%-ə kimi ucuzlaşan maliyyə alətlərində, cari həftə ərzində 3%-ə kimi korreksiya proqnozlaşdırılır.
Avro 1.23$-ın üzərində təklif edilir.
Dünya valyuta birjalarında avronun qiyməti 1.23$-a ticarət edilməkdədir və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Funtun qiymətində dalğalanma arta bilər. İngiltərə funt sterlinqin qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir və 1.41$-a kimi bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental göstəricilərin də məzənnəyə güclü təsir edəcəyi gözlənilir.
Qızılın qiyməti 1326$-ı qırmaq üzrə.
Əlvan metallar bazarlarında isə qızıl qiymətlərində bu həftə bahalaşmanın şahidi ola bilməyimiz üçün yenidən 1326$-ın üzərində möhkəmlənməsi önəmli şərtlərdəndir.
Hal-hazırda 1325$-ın üzərində təklif edilən qızıl fyuçersləri, bundan sonra 1343$-a kimi dəyər qazana bilər.