Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İNGİLTƏRƏDƏ İNFLYASİYA 3%-DA QƏRARLAŞIB

13-02-2018, 15:05 Baxış: 199

İNGİLTƏRƏDƏ İNFLYASİYA 3%-DA QƏRARLAŞIB

İngiltərədə inflyasiyanın gözləniləndən çox açıqlanması, GBP/USD məzənnəsinin bahalaşmasını daha da gücləndirə bilər.
İngiltərədə inflyasiya 3%-da qərarlaşıb İngiltərənin milli statistika mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, İngiltərədə istehlak qiymətləri yanvar ayında aylıq olaraq 0.5% azalsa da, illik olaraq 3.0% artıb.
Analitiklər isə aylıq inflyasiyada 0.6% azalma, illik artım dinamikasının 3.0%-dən 2.9%-ə düşəcəyini proqnozlaşdırırdılar.
Eyni zamanda enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası da 2.7%-ə yüksəlib.
Bu, dekabr ayında 2.5% idi.
Burada analitiklər dinamikanın yalnız 0.1 % artacağını proqnozlaşdırırdılar.
Dünya birjalarında son iki gündür bahalaşan GBP/USD məzənnəsi müsbət fundamental göstəricilər fonunda daha da bahalaşıb.
Hal-hazırda məzənnə 1.39$ üzərində təklif edilməkdədir.