Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

ABŞ-IN SƏNAYE SEKTORU İLƏ BAĞLI MƏLUMATLAR GÖZLƏNİLİR

15-02-2018, 09:32 Baxış: 283
ABŞ-IN SƏNAYE SEKTORU İLƏ BAĞLI MƏLUMATLAR GÖZLƏNİLİR
Son günlər dolların ucuzlaşması tendensiyasının zəifləməsinə təsir edən amilləri investorların diqqət mərkəzindədir.
ABŞ-da iqtisadi göstəricilərin artım dinamikasında azalma ilə müqayisədə Amerika Mərkəzi Bankının (FED) sərt siyasəti fonunda dünya birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətləri təzyiq altındadır.
Belə ki, Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin qismən zəifləməsi, iqtisadiyyatda inflyasiyanın da qismən azalmasına səbəb olur.
Belə bir şəraitdə FED-in sərt monetar siyasəti dolların dünya birjalarında bahalaşmasına səbəb ola bilər.
Avro yenidən güclü müqavimətlə rastlaşa bilər.
Dünya valyuta birjalarında avronun qiyməti 1.24$-ın üzərində ticarət edilməkdədir.
Lakin təhlillərə əsasən, qiymət gün ərzində yenidən 1.2307 və 1.2144$-a kimi ucuzlaşa bilər.
Brent nefti 65$-a kimi bahalaşıb.
Enerji bazarlarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, 65$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftinin bir barel qiymətinin, 64$-ın üzərində qaldıqca, 67$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
ABŞ-ın sənaye sektoru diqqət mərkəzində.
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da dünya birjalarında dalğalanmaları daha da gücləndirəcəkdir.