Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRO SON ÜÇ İLİN MAKSİMUMUNDA

16-02-2018, 09:39 Baxış: 203

AVRO SON ÜÇ İLİN MAKSİMUMUNDA

Dünya valyuta birjalarında avronun dollara nisbətən qiymətinin son 3 ilin maksimum səviyyəsini qırması, ticarət aktivliyini gücləndirib.

Asiya sessiyasında Amerikanın qiymətli kağızlar bazarına edilən investisiyaların həcmində azalma ilə bağlı xəbərlər, dolların ucuzlaşmasına səbəb olub. Açıqlanan məlumatlara əsasən, uzunmüddətli investisiyaların müsbət saldosu dekabr ayında 57.3 milyard dollardan, 27.3 milyard dollara düşüb.

Belə ki, dünya valyuta birjalarında avronun qiyməti 1.25$-ın üzərində ticarət edilməkdədir və təhlillərə əsasən, qiymət 1.2537$-ın üzərində qaldıqca, 1.2633$-a kimi də bahalaşa bilər. 

Enerji bazarlarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, 65$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftinin bir barel qiymətinin, yenidən 67$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın tikinti sektoru ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da dünya birjalarında dalğalanmaları daha da gücləndirəcəkdir.