Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR BAHALAŞMAQDADIR

20-02-2018, 11:24 Baxış: 207

FOREKS: DOLLAR BAHALAŞMAQDADIRAparıcı valyutaların qiymətlərində ucuzlaşma və FED-in sərt monetar siyasəti fonunda beynəlxalq birjalarda dollar bahalaşmaqdadır.

Avro ucuzlaşmaqda davam edir. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.23$-a doğru ucuzlaşmaqda davam etməkdədir. Buna səbəb isə Avrozona iqtisadiyyatı ilə bağlı gözləntilərin zəifləməsi və Amerika Mərkəzi Bankının sərt monetar siyasətidir.

Dollar/Lirə 3.79TL-ə kimi də bahalaşa bilər. 

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.76TL-ə kimi bahalaşıb və ümumilikdə qiymət son iki həftənin maksimum səviyyəsi sayılan, 3.74TL-nin üzərində qaldıqca, 3.79TL-ə kimi də bahalaşa bilər. 

Qızıl: Növbəti dəstək səviyyəsi: 1332$. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır. Hal-hazırda 1342$-ın altında təklif edilən qızılın bir unsiya üzrə qiyməti 1339$-a kimi ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 1332$-a kimi də dəyər itirə bilər.