Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR ƏLAVƏ 1% DƏ BAHALAŞA BİLƏR

21-02-2018, 09:30 Baxış: 200
FOREKS: DOLLAR ƏLAVƏ 1% DƏ BAHALAŞA BİLƏR
Beynəlxalq bazarlarda son günlər 1.5% bahalaşan dollar, bu gün əlavə olaraq 1% də bahalaşa bilər.
Eyni zamanda önəmli göstəricilər açıqlanacaqdır.
Avro 1.22$ istiqamətində ucuzlaşmaqda. Dünya valyuta birjalarında avronun qiyməti 1.23$-a ticarət edilir və təhlillərə əsasən, eniş dalğası 1.22$-a kimi də davam edə bilər.
Lirə 3.87TL-ə istiqamətdə ucuzlaşmaqda Türkiyə bazarlarında da USD/TRY məzənnəsi 3.81TL-ə kimi bahalaşıb və qiymət 3.81TL-nin üzərində möhkəmlənərsə, 3.87TL-ə kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 18:15 və 18:45-də müvafiq olaraq açıqlanacaq Avrozonanın biznes mühiti, İngiltərənin inflyasiya hesabatı və ABŞ-ın biznes mühiti ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və birjalarda güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.