Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FED-İN FAİZ ARTIM SİQNALLARI VƏ AVRODA UCUZLAŞMA

22-02-2018, 09:45 Baxış: 262
FED-İN FAİZ ARTIM SİQNALLARI VƏ AVRODA UCUZLAŞMA
Avrozona iqtisadiyyatının inkişaf dinamikası və FED-in faiz artımı ilə bağlı gözləntilər EUR/USD qiymətinin ucuzlaşmasına təsir etməkdədir.
Dünya valyuta birjalarında avronun qiyməti ucuzlaşmaqda davam edir.
Artıq 1.23$-a ticarət edilən EUR/USD məzənnəsinə təzyiq edən əsas amillər, maliyyə bazarlarında Avrozona iqtisadiyyatının inkişaf dinamikası ilə bağlı gözləntilərin azalması və FED-in faiz artımı gözləntilərinin artmasıdır.
FED-in çərşənbə günü yayımlanan yanvar ayı protokolunda da faiz artımı siqnalları, bu gün tendensiyanı daha da gücləndirə bilər. Beləliklə, məzənnənin ucuzlaşmasının 1.22$-a kimi də davam edə biləcəyi proqnozları güclənməkdədir.
Türkiyə bazarlarında da USD/TRY məzənnəsi 3.80TL-ə ticarət edilməkdədir və qiymət 3.81TL-nin üzərində möhkəmlənərsə, 3.87TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Sabah Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Belə ki, maliyyə bazarlarında inflyasiyanın aylıq artım dinamikasında 0.9%-lik azalma proqnozlaşdırılır.