Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

AVROZONADA İNFLYASİYA SON BİR İLİN MİNİMUMUNDA

28-02-2018, 17:58 Baxış: 208
AVROZONADA İNFLYASİYA SON BİR İLİN MİNİMUMUNDA
Avrozonada inflyasiya gözlənildiyi kimi son bir ilin minimum səviyyəsinə düşüb.
Llakin baza indeksi 1.0%-də möhkəmlənib- EUR/USD bahalaşır.
Avrozonada inflyasiya son bir ilin minimumunda Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb.
Məlumatlara əsasən, Avrozonada istehlak qiymətlərinin illik artım dinamikası fevral ayında 1.2%-ə kimi 0.1% azalıb.
Baza indeksinin illik artım dinamikası isə 1.0% səviyyəsində möhkəmlənib. Mütəxəssislər də sözügedən göstəriciləri proqnozlaşdırırdılar.
Beləliklə, ümumi inflyasiya göstəricisi azalsa da, baza indeksi ilə aradakı fərq də azalıb.
Bu isə iqtisadi inkişafın dayanıqlığının qismən artmasından xəbər verir.
Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar volatil qiymətləri ilə fərqlənir.
AMB sədri Mario Draqi də sonuncu dəfə mətbuat konfransında Avropada iqtisadi inkişafın möhkəmlənməsi və risklərin azalması haqqında danışmışdı.
Belə bir vəziyyət sonuncu dəfə yanvar ayı üzrə göstəricilərdə müşahidə edilmişdir və avro 1.25$-a ticarət edilirdi.
Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi bahalaşmağa başlayıb.
Hal-hazırda məzənnə 1.2222$-ın üzərində ticarət edilir. Buna baxmayaraq, göstəricilərin proqnozlara uyğun açıqlanması, avronun gələcək trendinin təhlili üçün əlavə fundamental məlumatların açıqlanmasını labüd edir, çünki bazarlarda inflyasiyada azalmanın əvvəlcədən gözlənilməsi fonunda avro son günlər 1.22$-a kimi ucuzlaşıb.