Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

TÜRKİYƏDƏ İNFLYASİYANIN ARTIM DİNAMİKASI ZƏİFLƏMƏKDƏ

5-03-2018, 15:09 Baxış: 216
TÜRKİYƏDƏ İNFLYASİYANIN ARTIM DİNAMİKASI ZƏİFLƏMƏKDƏTCMB-nin sərt monetar siyasəti fonunda Türkiyədə yüksək inflyasiya azalmaqda.
Türkiyədə inflyasiyanın artım dinamikası zəifləməkdə Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin fevral ayında yanvar ayı ilə müqayisədə 0.7% artdığı Yanvar ayında isə artım dinamikası 1.0% idi. İllik artım dinamikası isə 10.3% səviyyəsinə düşüb.
Bu isə son beş ayın minimum səviyyəsi hesab edilir. 2016-ci ilin dekabr ayından etibarən Türkiyədə artan inflyasiya, 2017-ci ilin may ayından etibarən 9.8%-ə kimi azalsa da, sentyabr ayında yenidən artaraq noyabr ayında 13.0% çataraq, son 13 ilin maksimum səviyyəsini yeniləmişdir. Lakin dekabr ayında ölkə inflyasiyasında yenidən azalma müşahidə olunur. Valyuta birjalarında USD/TRY məzənnəsi məlumatların qismən müsbət açıqlanmasına baxmayaraq, dolların güclənməsi fonunda 3.82TL-ə kimi 0.5% bahalaşıb. Qeyd etmək lazımdır ki, Türkiyə Mərkəzi Bankının da çərşənbə günü saat 15:00-da faiz qərarı gözlənilir. "TCMB" ölkədə inflyasiyanın aşağı salınması istiqamətində sərt monetar siyasət həyata keçirməkdədir.
"TCMB" Avropa Birliyi ölkələri tərəfindən tələbin artmasının ixraca müsbət təsir etməsinə baxmayaraq, yüksək inflyasiyanı riskli hesab edir və sərt monetar siyasətinə davam etməkdədir. Bununla da ölkədə iqtisadi fəaliyyətin daha da güclənəcəyini gözləyir.
Eyni zamanda, Türkiyənin birinci bankı qiymət dayanıqlığının təmin olunması istiqamətində əlindəki bütün alətlərdən istifadə edəcəyini də hər dəfə vurğulayır.