Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

AVRO, LİRƏ VƏ QIZIL BAHALAŞDI

7-03-2018, 09:00 Baxış: 292
AVRO, LİRƏ VƏ QIZIL BAHALAŞDI
Avro, Lirə və qızıl çərşənbə axşamı bahalaşdıqdan sonra müqavimətlə rastlaşıb.
Lakin dolların ucuzlaşması, tendensiyaları yenidən gücləndirə bilər.
Avro 1.25$-a kimi də bahalaşa bilər.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.2410$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində möhkəmlənməklə, 1.2550$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
TCMB-nin qərarı öncəsi USD/TRY qiyməti. Türkiyə bazarlarında da dolların qiyməti 3.79TL-a kimi ucuzlaşdıqdan sonra 3.80TL-ə kimi bahalaşıb.
Lakin qiymət cari səviyyənin altında qaldıqca, 3.77TL-ə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, bu gün saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı açıqlanacaqdır.
Qızılın qiyməti 1340$-da müqavimətlə rastlaşıb.
Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dəyər qazanmasına təsir edir.
Keçən həftə 1302$-a kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti, yenidən 1334$-ın üzərində təklif edilir.
Qiymət 1342$-a kimi də dəyər qazanarsa, artəm dalğası 1351-a kimi güclənə bilər.