Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Azərbaycan Qazaxıstanın neft layihələrinə maraq göstərir

9-03-2018, 09:26 Baxış: 140
Azərbaycan Qazaxıstanın neft layihələrinə maraq göstərir Azərbaycanın neft podratçıları Qazaxıstanın "Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər.
Bu barədə trend-ə Qazaxıstanın Energetika Nazirliyindəki mənbə məlumat verib:
"Qeyd etmək lazımdır ki, "Kaşaqan” yatağının mənimsənilməsində Qazaxıstan mallarının və xidmətlərinin təşviqinə xüsusi önəm verilir. Eyni zamanda, bu proses əcnəbi şirkətlər və Qazaxıstan şirkətləri arasında birgə müəssisələrin/konsorsiumların yaradılmasını nəzərdə tutur. Bundan irəli gələrək, rəqabətə davamlı təkliflər olarsa, Azərbaycandan olan podratçılar birgə müəssisələrin həm potensial tədarükçüsü, həm də ki, iştirakçısı qismində layihəyə cəlb oluna bilər”, - deyə o bildirib.
Xatırladaq ki, "Kaşaqan” yatağının mənimsənilməsi layihəsi çərçivəsində təsdiq olunmuş tender prosedurları fəaliyyət göstərir. Bu prosedurlara əsasən, istənilən tədarükçülər rəsmi internet-resursu vasitəsi ilə layihə operatoru tərəfindən həyata keçirilən tenderlərdə iştirak məqsədi ilə ilkin qiymətləndirmədən keçə bilər.
Azərbaycan ərazisi vasitəsi ilə Qazaxıstan enerqoresurslarının xarici bazarlara tranzitinə yönəlmiş iş barəsində danışarkən o qeyd edib ki, 7 dekabr 2017-ci il tarixində keçirilən ticarət -iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının protokoluna uyğun olaraq, Azərbaycan üzərindən Qazaxıstan neftinin və neft məhsullarının nəql edilməsi üzrə işçi qrup formalaşdırılıb.
"Hal-hazırda Qazaxıstan və Azərbaycan nümayəndələri yuxarıda qeyd olunan işçi qrupun ilk iclasının yeri və tarixi barədə məsələni müzakirə edir”, - deyə mənbə bildirib.