Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

ABŞ-IN SƏRT GÖMRÜK SİYASƏTİ AÇIQLAMALARININ NƏTİCƏLƏRİ

9-03-2018, 09:00 Baxış: 184
ABŞ-IN SƏRT GÖMRÜK SİYASƏTİ AÇIQLAMALARININ NƏTİCƏLƏRİ
Bazarlar AMB-nin yumşaq monetar siyasətinin sonuna hazırlaşmasına baxmayaraq, qeyri-müəyyənliyə səbəb olan digər hadisələrin cavabını da gözləyirlər.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi Avropa Mərkəzi Bankının mətbuat konfransından sonra 1.23$-a kimi sürətlə ucuzlaşmağa başlayıb.
Avroya təzyiq edən əsas fundamental faktorlar ABŞ-ın sərt gömrük siyasəti və inflyasiyanın aşağı olmasıdır.
Mario Draqi də cümə axşamı tək tərəfli ticarət qərarlarının təhlükəli olduğunu vurğulayıb. Lakin Avropa ABŞ-ın yeni gömrük siyasəti siyahısından çıxarıla və ya Avropa da cavab addımı ata bilər.
 
Ucuzlaşan maliyyə alətləri arasında funt sterlinq, Yaponiya yeni və qızıl qiymətləri də var. ABŞ-dan "NFP” və işsizlik göstəriciləri açıqlanacaq. Bununla yanaşı, bu gün saat 17:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər açıqlanacaqdır və maliyyə bazarlarında güclü dalğalanma gözlənilir.