Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Azərbaycanda 75 minə yaxın ödəyicinin 743 mln. manatdan çox borcu silinib

9-03-2018, 14:11 Baxış: 157
Azərbaycanda 75 minə yaxın ödəyicinin 743 mln. manatdan çox borcu silinib
 "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 70133 vergi ödəyicisi üzrə 729 mln. 234,7 min manat borc məbləğinin qeyd-şərtsiz olaraq silinməsi təmin edilib.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən isə 2017-ci ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 88,4 min manat ödənişlər müqabilində 4455 vergi ödəyicisinin 01.01.2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 822,9 min manatı silinib.
Ümumilikdə, qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 74588 vergi ödəyicisi üzrə 743 mln. 57,6 min manat məbləğində borcu silinib.