Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

BU AYIN ÖNƏMLİ GÖSTƏRİCİLƏRİNİN AÇIQLANMASI BAŞLAYIR

13-03-2018, 09:00 Baxış: 260
BU AYIN ÖNƏMLİ GÖSTƏRİCİLƏRİNİN AÇIQLANMASI BAŞLAYIR
Bu gün böyük maraqla gözlənilən "ZEW" indeksi, ABŞ-dan inflyasiya açıqlanacaq və İngiltərə maliyyə nazirliyinin parlamentdə hesabatı baş tutacaqdır.
Avro 1.23$-ın üzərində möhkəmlənib.
Dünya birjalarında EUR/USD məzənnəsi 1.2330$-ın üzərində ticarət edilməkdədir. Avronun 1.2430$ və 1.2550$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avropa iqtisadiyyatı fonunda gözləntilər ("ZEW” indeksi) və saat 16:30-da ABŞ-dan inflyasiya göstəriciləri açıqlanacaqdır. GBP 1.41$-a kimi bahalaşa bilər.
GBP/USD məzənnəsi isə bazar ertəsi 1.3917$-a kimi 0.5% bahalaşıb.
Təhlillərə əsasən, qiymət 1.3929$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 1.4103$-a kimi güclənə bilər. Bu gün saat 15:30-da baş tutacaq İngiltərə hökümətinin parlament qarşısında maliyyə hesabatı da investorlar tərəfindən böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb olacaq.