Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

EUR VƏ GBP: UCUZLAŞMA QLOBAL TRENDƏ TƏHDİD DEYİL

16-03-2018, 09:00 Baxış: 251
EUR VƏ GBP: UCUZLAŞMA QLOBAL TRENDƏ TƏHDİD DEYİL
Foreks bazarlarında dolların qiymətində cümə axşamı müşahidə edilən bahalaşma, bazar iştirakçıları tərəfindən hələ ki ciddi dalğalanma kimi qəbul edilmir.
Aparıcı valyutaların dollara nisbətən məzənnələri son bir gün ərzində 0.7% ucuzlaşsalar da cari həftənin və keçən həftənin minimum səviyyələri üzərindədirlər və bu, qiymətlərin yenidən bahalaşa biləcəyi proqnozlarının aktuallığını daha da gücləndirir. Belə ki, EUR/USD məzənnəsi 1.23$-ın,
GBP/USD məzənnəsi isə 1.39$-ın üzərində ticarət edilməkdədirlər.
Avrozonadan inflyasiya açıqlanacaq.
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 14:00-da beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək, Avrozonanın inflyasiya göstəricisinin açıqlanması gözlənilir.
Qızıl qiymətləri 1313$-a kimi ucuzlaşdı.
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti yenidən 1313$-a kimi dəyər itirsə də, bu gün səhər üzərində möhkəmlənərək, 0.3% bahalaşıb.