Bakı 15° C Temperatur

76

5m/s

  • USD1.7001
  • EUR2.1043
  • 1BTC$13850
  • NEFT$65.34
^
XƏBƏR LENTİ

OPEC baş katibi : "Azərbaycan OPEC-ə üzv və qeyri-üzv dövlətlərin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir"

19-03-2018, 17:20 Baxış: 59
OPEC baş katibi : "Azərbaycan OPEC-ə üzv və qeyri-üzv dövlətlərin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir"
"Biz çox şadıq ki, sülh və əmin-amanlığın, inkişafın olduğu ölkəyə səfər etmişik.
Həmkarımın da xatırlatdığı kimi, biz prezidentlə çox səmərəli və faydalı görüş keçirmişik".
Bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşdən sonra deyib.
Onun sözlərinə görə, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir.
M.Barkindo neft bazarında ən çətin dövrdə OPEC sövdələşməsinə razılıq verərək bazarda hasilatın balanslaşdırılmasına etdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib.