Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

EUR VƏ GBP MARTIN MAKSİMUMLARINDA TİCARƏT EDİLİRLƏR

28-03-2018, 09:10 Baxış: 303
EUR VƏ GBP MARTIN MAKSİMUMLARINDA TİCARƏT EDİLİRLƏR
Avro, funt sterlinq və digər aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma, qısa müddətli dalğalanma kimi qiymətləndirilir.
Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri qismən ucuzlaşsa da, mart ayının maksimum səviyyələri ətrafında ticarət edilməkdədirlər. Qeyd etmək lazımdır ki, Amerika Mərkəzi Bankının faiz qərarının şərhindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb.
Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.24$ və 1.42$ ətrafında dalğalanırlar və qiymətlər müvafiq olaraq 1.2531$ və 1.4345$-a kimi də bahalaşa bilərlər.
Əlvan metallar bazarlarında da qızıl qiymətləri mart ayının maksimum səviyyəsi üzərində təklif edilməkdədir və qızılın bir unsiya üzrə qiymətinin 1366$-a kimi də dəyər qazana biləcəyi proqnozları aktuallığını qorumaqdadır.