Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

EUR VƏ GBP QİYMƏTLƏRİ TƏZYİQ ALTINDAN ÇIXA BİLMİR

29-03-2018, 09:00 Baxış: 280
EUR VƏ GBP QİYMƏTLƏRİ TƏZYİQ ALTINDAN ÇIXA BİLMİR
Avrozona iqtisadiyyatı ilə bağlı zəif fundamental göstəricilərin və "BREXIT” fonunda risklərin mövcudluğu, investorları ehtiyatlandırır.
Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir.
Avrozona iqtisadiyyatı ilə bağlı zəif fundamental göstəricilərin və "BREXIT” fonunda risklərin mövcudluğu, avro və funt sterlinqin qiymətlərinə mənfi təsir etməkdədir. Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.23$ və 1.41$ ətrafında dalğalanırlar.
Təhlillərə əsasən, avro 1.2400$-ın altında qaldıqca, 1.2230$, funt isə 1.4200$-ın altında qaldıqca, 1.3860$-a kimi də ucuzlaşa bilərlər.
Qızıl yenidən 1293$-a kimi dəyər itirə bilər.
Əlvan metallar bazarlarında da qızıl qiymətləri ucuzlaşıb və qızılın bir unsiya üzrə qiymətinin 1317 və 1293$-a kimi də dəyər itirməkdə davam edə biləcəyi proqnozları güclənməkdədir.