Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 02.04.2018

2-04-2018, 08:30 Baxış: 194
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 02.04.2018
Bu həftə aparıcı valyutaların dollara nisbətən məzənnələrin bahalaşmasına təsir edə biləcək, önəmli fundamental məlumatların açıqlanması gözlənilir.
EUR. Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq inflyasiya ilə bağlı yeni rəqəmlər öncəsi 1.2300$-ın üzərində ticarət edilməkdədir.
Təhlillərə əsasən, inflyasiya göstəriciləri üzrə 1.4%-lik artım proqnozları özünü doğruldarsa, bu, məzənnənin 1.2482$-a kimi bahalaşmasına təsir edə bilər. Eyni zamanda, cümə günü saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP. GBP/USD məzənnəsi da 1.42$-a kimi bahalaşsa da, üzərində möhkəmlənə bilməyib, 1.40$-a kimi ucuzlaşıb.
Lakin maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntiləri də artıb.
Bu baxımından qiymətin yenidən 1.42$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır.
TRY. Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.96TL-ə ticarət edilməkdir və qiymətin yenidən 4.00TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da dərc ediləcək inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da, məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
OIL. Enerji bazarlarında neft qiymətləri keçən həftə 68$-a kimi ucuzlaşdıqdan sonra yenidən 69$-a kimi dəyər qazanıb. Dünya bazarlarında neftə olan tələbin yüksək olaraq qalması, dolların ucuzlaşması fonunda neft qiymətlərinin daha da bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$ və 73$-a kimi də dəyər qazana bilər.
GOLD. Əlvan metallar bazarlarında da qızılın bir unsiyası üzrə qiyməti 1321$-a (42.4 $/qram) kimi ucuzlaşdıqdan sonra 1329$-a (42.6 $/qram) kimi dəyər qazanıb və bu səviyyənin üzərində qaldıqca, 1343$ (43.1 $/qram), 1354$-a (43.4 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.