Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 09.04.2018

9-04-2018, 09:13 Baxış: 223
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 09.04.2018
Dünya birjalarında Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliyin qalması bu həftə diqqətləri dollar və qızıl qiymətlərinə yönəldə bilər.
EUR.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2215$-a kimi ucuzlaşdıqdan sonra cümə günü 1.2290$-a kimi bahalaşıb və 1.2335$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 1.2476$-a kimi də bahalaşa bilər.
Eyni zamanda, çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-dan inflyasiya ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, Avrozona iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəifləməsi, avroya olan tələbin azalmasına da təsir edir.
GBP.
GBP/USD məzənnəsi 1.39$-a kimi ucuzlaşsa da yenidən 1.41$-a kimi bahalaşıb. Təhlillərə əsasən qiymət 1.4137$-a kimi də bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.4243$-a kimi də sürətlənə bilər. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntiləri də güclü olaraq qalır.
TRY.
Türkiyə bazarlarında da dollar 4.0660TL-ə kimi bahalaşdıqdan sonra 4.0396TL-a kimi ucuzlaşıb. Beləliklə, USD/TRY məzənnəsi 4.0349TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0157TL-ə kimi də ucuzlaşa bilər.
OIL.
Enerji bazarlarında isə neft qiymətləri keçən həftə 67$-a kimi ucuzlaşıb. Son günlər burada qiymətlərə daha çox dünya birjalarında dolların qiymətində müşahidə edilən dalğalanmalar təsir edir. Lakin Avropanın Brent neftinin bir barel qiymətinin yenidən 71$ və 73$-a kimi də dəyər qazana biləcəyi proqnozları aktuallığını qorumaqdadır. GOLD.
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1330$-ın (42.7 $/qram) üzərində dalğalanmaqdadır və 1335$-ı (42.8 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1348$-a (43.2 $/qram) kimi də dəyər qazana bilər.