Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

"FOREX"-DƏ DOLLAR UCUZLAŞIR, NEFT BAHALAŞIR

10-04-2018, 09:00 Baxış: 292

 

"FOREX"-DƏ DOLLAR UCUZLAŞIR, NEFT BAHALAŞIRDünya birjalarında dollara olan tələbin azalması, EUR/USD kimi önəmli valyuta cütlüklərin və neft qiymətlərində bahalaşma müşahidə edilməkdədir.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir ayın maksimum səviyyələrini yenilədikdən sonra güclü müqavimətlə rastlaşıb və 1% ucuzlaşıb. Ucuzlaşma texniki səbəblərlə izah edilsə də, fundamental tərəfdən də ABŞ-da yüksələn inflyasiya fonunda FED-in mülayim pul-kredit siyasəti dolların ucuzlaşmasına təsir edən əsas amillər arasındadır. 

Beləliklə, yenidən 1.23$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.2376$-a kimi də bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.2476$-a kimi də güclənə bilər. 

Enerji bazarlarında da proqnozlaşdırıldığı kimi Avropanın Brent neftinin qiyməti yenidən bahalaşmağa başlayıb. Artıq 69$-a ticarət edilən Brent neftinin bir barel qiyməti 69.37$-ın da üzərində möhkəmlənərsə, bahalaşması 71.00$-a kimi də sürətlənə bilər.