Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

AVRO, LİRƏ VƏ BRENT NEFTİNDƏ BAHALAŞMA

17-04-2018, 08:30 Baxış: 356
AVRO, LİRƏ VƏ BRENT NEFTİNDƏ BAHALAŞMA
Aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və dolların ucuzlaşması neft qiymətlərinə də müsbət təsir edir. Avro 1.24$-ı yuxarı istiqamətdə qırmaq üzrə.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bahalaşaraq, aprel ayının maksimum səviyyələrini qırmaq üzrədir.
Beləliklə, hal-hazırda 1.24$-ın altında ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır.
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozona iqtisadiyyatı ilə bağlı gözlənti indeksi də investorların diqqət mərkəzindədir.
Dollar/Lirə məzənnəsi 4.02TL-ə kimi ucuzlaşa bilər.
Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir.
Belə ki, 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.
Brent nefti yenidən 73$ istiqamətində.
Enerji bazarlarında isə Brent nefti 73$-a kimi bahalaşdıqdan sonra 71$-a kimi qismən korreksiya etsə də, yenidən 72$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, bir barel üzrə qiymət yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.