Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

AVRO 1.24$-I YENİDƏN QIRA BİLƏR, BRENT 75$-A DOĞRU

19-04-2018, 09:00 Baxış: 305
AVRO 1.24$-I YENİDƏN QIRA BİLƏR, BRENT 75$-A DOĞRU
Aparıcı valyutaların dollara nisbətən qiymətlərində müsbət əhval-ruhiyyə yaranıb və yenidən bahalaşa biləcəkləri ilə bağlı proznoqlar güclənə bilər.
Dünya valyuta birjalarında Avropa ilə ABŞ arasında azad ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirələrin artdığı bir dövrdə, EUR/USD məzənnəsi də 1.24$-a yaxın mövqelərdə ticarət edilir.
Burada hər hansı müsbət irəliləyiş müşahidə edilərsə, bu, avronun yenidən bahalaşmasına təsir edə bilər. Qeyd etmək lazımdır ki, Avropa iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin son aylar zəifləməsi, avroya təzyiq edən əsas amillərdəndir. Lakin qiymət yenidən 1.24$-ı yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, artım dalğası 1.25$-a kimi də güclənə bilər.
Enerji bazarlarında isə Avropanın Brent nefti proqnozlaşdırıldığı kimi bahalaşmaqda davam edir. Artıq 74.00$-a ticarət edilən bir barel üzrə qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, 75.51$-a kimi də dəyər qazana bilər.