Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İNGİLTƏRƏ İQTİSADİYYATINDA YAVAŞLAMA

19-04-2018, 23:45 Baxış: 403
İNGİLTƏRƏ İQTİSADİYYATINDA YAVAŞLAMA İngiltərədə pərakəndə satış dövriyyəsi və istehlak qiymətlərinin artım dinamikası mart ayında zəifləyib.
GBP/USD məzənnəsi də təzyiq altında.
İngiltərə iqtisadiyyatında yavaşlama İngiltərənin statistika idarəsinin çərşənbə günü və cümə axşamı verdiyi rəsmi məlumarlara əsasən, mart ayında aylıq müqayisədə pərakəndə satış dövriyyəsi 1.2% azalıb, istehlak qiymətlərinin artım dinamikası isə 0.1%-ə kimi azalıb.
Beləliklə, illik müqayisədə pərakəndə satış dörviyyəsinin və istehlak qiymətlərinin artım dinamikaları da müvafiq olaraq, 1.5%-dən 1.1%-ə, 2.7%-dən 2.5%-ə düşüb. Maliyyə bazarlarında isə GBP/USD məzənnəsi çərşənbə günündən etibarən 1.4160$-a kimi 1.5% ucuzlaşıb.
İngiltərədə inflyasiyanın zəifləməsi, İngiltərə Mərkəzi Bankının artan faiz artımı gözləntilərinin də zəifləməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında istehlak dövriyyəsi azaldıqda, sahibkarlar istehlak qiymətlərini aşağı salmağa çalışır.