Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

FOREKS: DOLLARIN QİYMƏTLƏRİNDƏ BAHALAŞMA

24-04-2018, 09:30 Baxış: 146
FOREKS: DOLLARIN QİYMƏTLƏRİNDƏ BAHALAŞMA
Dünya valyuta birjalarında dollara olan tələbin artması, dollar indeksinin son 3 ayın maksimum səviyyəsinə kimi bahalaşmasına təsir edib.
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrini bahalaşmaqdadır.
Belə ki, avro/dollar məzənnəsi 1.2184$, funt/dollar məzənnəsi 1.3917$-a kimi 0.8% ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.11TL-ə kimi bahalaşıb.
Avrozona və İngiltərə kimi aparıcı dövlətlərin iqtisadiyyatlarında müşahidə edilən durğunluq, dollara olan tələbin artmasına təsir edir.
Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən qiymətləri cari səviyyələrin üzərində qaldıqca, əlavə olaraq 0.8% də bahalaşa bilər.
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq, Amerikanın istehlak və ilkin mənzil bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Neft qiymətləri son 3 ilin maksimumlarında.
Enerji bazarlarında isə Brent nefti keçən yenidən bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləyib.
Hal-hazırda təqribən 75$-a ticarət edilən Avropanın Brent neftinin bir barel qiymətinin 76$ və 78$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.