Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 30.04.2018

30-04-2018, 10:21 Baxış: 663
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 30.04.2018
Bu həftə önəmli fundamental göstəricilər ilə zəngindir. Aparıcı investisiya alətlərinin dollara nisbətən qiymətlərində bahalaşma proqnozlaşdırılır.
EUR. Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.2055$-a kimi ucuzlaşdıqdan sonra 1.2133$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.2173$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində qalarsa, bahalaşma əlavə olaraq 1.2246$ və 1.2305$-a kimi də güclənə bilər. Avrozonadan çərşənbə günü və cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq açıqlanacaq iqtisadi inkişaf və inflyasiya göstəriciləri də önəmli rol oynayacaqdır. Eyni zamanda, cümə günü saat 16:30-da ABŞ-dan yayımlanacaq əmək bazarı ilə bağlı fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP. GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3746$-a kimi 2% ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Burada qiymətin 1.3700$-ın üzərində qaldıqca, 1.3895 və 1.3987$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin istehsal, tikinti və xidmət sektorları ilə bağlı statistik göstəricilərin məzənnəyə güclü təsir edəcəyi gözlənilir.
TRY. Türkiyə bazarlarında isə dollar 4.05TL-ın altında ticarət edilməkdədir. Qiymət bu səviyyənin altında qaldıqca, 4.02 və 3.99TL-ə kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı statistik məlumatlar da məzənnəyə təsiri baxımından önəmli olacaqdır.
OIL. Enerji bazarlarında isə Brent nefti 73.00$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 75.23$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.
GOLD. Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1326$-a (42.5 $/qram) kimi bahalaşıb və bu səviyyənin üzərində qalarsa, 1334$-a (42.8 $/qram) kimi də dəyər qazana bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, qızıl qiymətlərində də özünü göstərə bilər.