Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Nazir: Fransadan gələn turistlərin sayı bizi qane etmir

27-06-2016, 11:54 Baxış: 225

 

Nazir: Fransadan gələn turistlərin sayı bizi qane etmirFransadan Azərbaycana olunan turist səfərlərinin sayı bizi qane etmir.
Tezis.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın ölkəmizdə səfərdə olan turizm sahəsi üzrə fəaliyyət göstərən turizm şirkətləri ilə görüşündə deyib.Ə.Qarayev ölkəmizin Fransa ilə bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, iki ölkə arasında turizm əlaqələrinin də genişləndirilməsində maraqlı olduqlarını bildirib.Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Son illər ölkəmizin Avropada və dünyanın müxtəlif ölkələrində daha geniş tanıdılması üçün böyük işlər görülüb. Bu sahədə Fransada da Azərbaycanın tanıdılması üçün çoxsaylı mədəni tədbirlər, konsertlər keçirilib:"Həmçinin ölkəmizin turizm potensilanın təbliği məqsədi ilə dünyanın bir neçə televeziya kanallarında tanıtım çarxları nümayiş etdiririk. Dünyanın əksər beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunur. Eyni zamanda mütəmadi olaraq müxtəlif ölkələrin, həmçinin Fransanın da turizm şirkətlərinin Azərbaycana səfərləri təşkil olunub. Fransa ilə turizm sahəsində münasibətlərin inkişafı üçün böyük addımlar atılıb. Amma buna baxmayaraq, Fransadan Azərbaycana olunan turist səfərlərinin sayı bizi qane etmir. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olacaq”.Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle bildirdi ki, səfərin əsas məqsədi Fransadan Azərbaycana turist səfərlərinin təşkil olunması, Azərbaycan kimi zəngin mədəniyyətə, tarixə, təbiətə, gözəl memarlıq abidələrinə və qonaqpərvər insanlara sahib bir ölkəni öz vətəndaşlarına tanıtmaqdır: "Azərbaycana Fransadan gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. İnanırıq ki, qarşılıqlı fəaliyyətimiz Fransa-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.
Görüşdə Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı (SNAV) arasında anlaşma memorandomu imzalanıb. Anlaşma memorandomunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov və Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle imzalayıb.