Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“SOCAR Türkiyə”: Gələn il İzmirdə yeni neft-kimya kompleksinin Yekun İnvestisiya qərarı qəbul olunacaq

29-05-2018, 15:09 Baxış: 204
“SOCAR Türkiyə”: Gələn il İzmirdə yeni neft-kimya kompleksinin Yekun İnvestisiya qərarı qəbul olunacaq SOCAR-ın Türkiyənin İzmir şəhərində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin Yekun İnvestisiya qərarının qəbul olunması gözlənilir.
Bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, yeni layihənin mühəndislik işləri davam edir: "Bu ilin sonuna bu işlərin yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və "Axens" şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdən təxminən əlavə 1 milyon ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır," - deyə Z. Qəhrəmanov əlavə edib.