Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Bakıya gələcək

27-06-2018, 10:52 Baxış: 144
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Bakıya gələcəkBeynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun sentyabrda Bakıya səfəri nəzərdə tutulur.

Energetika Nazirliyindən verilən məlumata görə, Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru F.Birol arasında görüş olub. Söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb.

 Azərbaycanla IEA arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. F.Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib. P.Şahbazov Agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə belə bir səfərin vacibliyini qeyd edib.

Vaşinqtonda UNIPER şirkətinin baş icraçı direktoru Klaus Şaferlə də görüş baş tutub. Azərbaycanı UNIPER-in əsas tərəfdaşlarından biri hesab edən K.Şafer birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib. Energetika naziri UNIPER ilə mövcud əməkdaşlığın genişləndirilməsi baxımından təcrübə mübadiləsi, enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstək, Abşeronda qazpaylayıcı şəbəkənin yenidən qurulması kimi potensial istiqamətləri diqqətə çatdırıb. Görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafına dair müzakirələr aparılıb.