Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Yəhya Babanlı: Yaxın dəqiqələrdə “Azərbaycan” İES-in 2 bloku istismara veriləcək

3-07-2018, 15:30 Baxış: 297
Yəhya Babanlı: Yaxın dəqiqələrdə “Azərbaycan” İES-in 2 bloku istismara veriləcək
Yaxın dəqiqələrdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.
Bu barədə "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.
O bildirib ki, gecə saatlarında yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ümumi gücü 2 min 400 meqavat olan "Azərbaycan” İES öz fəaliyyətini dayandırmışdı. Görülmüş tədbirlərdən sonra İES-in 2 bloku yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da təxminən 400-500 meqavat elektrik enerjisi deməkdir.
O əlavə edib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb. Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki "Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.
Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.