Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR SON BİR İLİN MAKSİMUMUNDA

10-08-2018, 09:02 Baxış: 133
FOREKS: DOLLAR SON BİR İLİN MAKSİMUMUNDA
FED-in sərt monetar siyasəti və digər valyutalara olan tələbin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olur.
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşaraq, son bir ilin maksimum səviyyəsində ticarət edilməkdədir. Nəticədə EUR/USD məzənnəsi də yenidən 1.1516$-a kimi ucuzlaşıb və 1.1500$-ı da aşağı istiqamətdə qırarsa, 1.1447$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilir və 1.28$-ı da aşağı istiqamətdə qırarsa, 1.27$-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.65TL-yə kimi bahalaşıb və 5.86TL-yə kimi də bahalaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf və Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumaları da investorların diqqət mərkəzindədir və beynəlxalq valyuta birjalarında güclü dalğalanma gözlənilir.