Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Paşinyanın Qarabağla bağlı konsepsiyası... - Şarmazanov

8-09-2018, 17:17 Baxış: 89
 
Paşinyanın Qarabağla bağlı konsepsiyası... - Şarmazanov

Ermənistanın hazırkı hökumətinin xarici siyasət konsepsiyası yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Konsepsiya yoxdur. Bu insanlar hər saatda fərqli düşünürlər. Onlar Qarabağa gedib bir cür, sonra isə tamam başqa şey deyirlər. Paşinyan hökumətinin Qarabağ konflikti ilə bağlı heç bir konsepsiyası yoxdur. Deyir ki, gəlib xalqla müzakirə edəcəyəm. Axı indi Nikolayın zamanı deyil. Sizin etdikləriniz biabırçılıqdır. Bəs hökumət nəyə lazımdır? Yəni bununla sən üzərinə məsuliyyət götürmürsən? Düşünürsünüz ki, Obama və Tramp İraqı bombalayanda xalqı toplayıb, onlardan nə isə soruşmuşdular”, – deyə o bildirib.