Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

RUSİYA BANKININ SƏDRİ NEFTİN QİYMƏTİNƏ DAİR PROQNOZ VERİB

14-09-2018, 18:12 Baxış: 153
RUSİYA BANKININ SƏDRİ NEFTİN QİYMƏTİNƏ DAİR PROQNOZ VERİB
"Rusiya Bankı (Mərkəzi Bank) 2021-2022-ci illərdə dünya bazarında neftin 1 barelinin qiymətinin 55 ABŞ dollarına düşəcəyini proqnozlaşdırır".
Rusiya KİV-lərin verdiyi xəbərə görə, bunu qurumun sədri Elvira Nabiullina bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ucuzlaşma şist neftinin hasilatının genişlənməsi və xam neft hasilatına məhdudiyyətin azalması nəticəsində mümkün olacaq.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin avqust ayında neft hasilatının azaldılması ilə bağlı razılığa 115% əməl edib.