Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“BREXIT”: AVRO VƏ FUNT: BAHALAŞMA DAYANDI

19-09-2018, 12:35 Baxış: 135
“BREXIT”: AVRO VƏ FUNT: BAHALAŞMA DAYANDI
İngiltərə hökümətinin Avropa Birliyindən tələblərinin yenidən gündəmə gəlməsi, beynəlxalq valyuta birjalarında qeyri-müəyyənliyin artmasına səbəb olur.
Beynəlxalq valyuta birjalarında İngiltərə ilə Avropa Birliyi arasında "BREXIT” razılaşması fonunda danışıqların çətin keçməsi investorlarda da qeyri-müəyyənliyin artmasına səbəb olur.
Bununla yanaşı, EUR/USD məzənnəsi də sentyabr ayı ərzində 2%-ə kimi bahalaşsa da, 1.17$-ın üzərində möhkəmlənə bilmir.
GBP/USD qiyməti isə 1.32$-da güclü müqavimətlə rastlaşır.
Bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin inflyasiya və ABŞ-ın tikinti sektoru ilə bağlı onəmli fundamental məlumatların da güclü dalğalanmaya səbəb ola biləcəyi gözlənilir.
Foreks: Dollarda növbəti trend. Qeyd etmək lazımdır ki, son vaxtlar ABŞ-ın üçüncü rüb üzrə iqtisadi göstəricilərinin zəif açıqlanması, dolların avqust ayının minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb olmuşdur. Hal-hazırda sözügedən səviyyələrdə ticarət edilən dolların qiyməti, bu gün göstəricilərin mənfi və ya müsbət açıqlanmasından asılı olaraq, daha da ucuzlaşa və ya yenidən bahalaşmağa başlaya bilər.