Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

ABŞ SƏNAYESİNDƏ AKTİVLİK VƏ EUR/USD MƏZƏNNƏSİ

21-09-2018, 09:06 Baxış: 134
ABŞ SƏNAYESİNDƏ AKTİVLİK VƏ EUR/USD MƏZƏNNƏSİ
ABŞ-ın sənaye sektorunda bundan öncəki göstəricilərin mənfi açıqlanmasından sonra yenidən inkişafın müşahidə edilməsi investorların diqqət mərkəzində.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$-a kimi bahalaşsa da, Amerikadan açıqlanan sənaye sektoru ilə bağlı müsbət fundamental məlumatlardan sonra dinamikası zəifləyib və yenidən 1.17$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclənib. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan xidmət və sənaye sektoru ilə bağlı önəmli fundamental göstəricilər yayımlanacaqdır.
Amerika Mərkəzi Bankının (FED) Filadelfiya filialının sənaye indeksi avqust ayında 2016-ci ilin dekabr ayından bugünə kimi ən aşağı səviyyəyə (11.9) düşmüşdür. Lakin cümə axşamı dərc edilən sentyabr ayı üzrə göstəricilər 22.9 punkt ilə 17.0 punkta kimi arta biləcəyi gözləntiləri üstələyib. USD/TRY: 6.52TL-yə kimi bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 6.00TL üzərində qaldıqca, yenidən 6.52TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Neft qiymətləri 80$-ı keçə bilmir. Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 80$-ın üzərində qala bilməyib, yenidən ucuzlaşmağa başlayıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC”) hasilat səviyyəsinin daha da artıra biləcəkləri gözləntilər,i neft qiymətlərinin ucuzlaşmasını proqnozlaşdırmağa əsas verir və 77$-a kimi dəyər itirə bilər.