Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Yaponiya və ABŞ arasında ticari danışıqların növbəti raundu sentyabrın 24-də keçiriləcək

22-09-2018, 08:45 Baxış: 128
Yaponiya və ABŞ arasında ticari danışıqların növbəti raundu sentyabrın 24-də keçiriləcək
Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqi və ABŞ-ın ticari danışıqlar üzrə nümayəndəsi Robert Laythazer sentyabrın 24-də Nyu-Yorkda ticari məsələlərlə bağlı məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər.
Bu məlumatı yapon nazir Tokioda keçirilən mətbuat konfransında açıqlayıb.
"Hər iki tərəf üçün faydalı olacaq nəticələrin əldə olunması məqəsdilə biz bütün gücümüzü sərf etmək niyyətindəyik. Biz Yaponiya və ABŞ liderlərinin yüksək səviyyəli danışıqları üçün gündəlik hazırlmağı da planlaşdırırıq”, - deyə Toşimitsu Moteqi qeyd edib. Xatırladaq ki, Tokio və Vaşinqton arasında oxşar formatda son danışıqlar avqustda keçirilib. Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Sekonun da Nyu-Yorka gedəcəyi gözlənilir. Səfər çərçivəsində onun ABŞ və Aİ-dən olan nümayəndələrlə danışıqlarda ABŞ və Çin arasında ticari fikir ayrılığını və dünya bazarlarında vəziyyəti müzakirə edəcəyi bildirilir. ABŞ Prezidenti Donald Tramp dəfələrlə açıq şəkildə Yaponiya ilə ticarətdə ildə 70 milyard dollara çatan kəsirdən narazılığını ifadə edib və köməkçilərinə vəziyyəti düzəltmək üçün tədbirlər görməyi tapşırıb. İki ölkə arasında hələ də ticari razılaşma yoxdur.