Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

2040-cı ilədək gündəlik neft tələbatı açıqlandı - OPEC-ın Hesabatı

24-09-2018, 12:16 Baxış: 108
 2040-cı ilədək gündəlik neft tələbatı açıqlandı - OPEC-ın Hesabatı

Qlobal enerji tələbatının 2040-cı ilədək illik orta hesabla 1,2 faiz artımla gündəlik 364 milyon 700 min barrel neft ekvivalentinə çatacağı gözlənilir.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə "World Oil Outlook” hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qlobal enerjidə neft, təbii qaz və kömürün payı 75 faizə çatacaq. Neft 28 faizlə tələbatda ən böyük paya sahib olacaq. Neftdən sonra 25 faizlə təbii qaz və 22 faizlə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 19 faiz, nüvə enerjisinin payı isə 6 faiz olacaq.

"Qlobal enerji tələbatındakı artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdə olacaq. Həmin ölkələrin enerji tələbatı 2040-cı ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiyanın tələbatı ildə orta hesabla 0,7 faiz artacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə enerji tələbatı isə eyni səviyyədə qalacaq”, - deyə hesabatda qeyd edilir.