Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Azərbaycanın enerji sistemi bu ölkələrlə birləşdirilir

25-09-2018, 08:37 Baxış: 100
Azərbaycanın enerji sistemi bu ölkələrlə birləşdirilir
Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir. Bunu Azərbaycan Energetika Nazirliyindən bildiriblər.
Nazirlikdən deyiblər:
"Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir.
Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir”. Qeyd olunub ki, hazırda Rusiya Energetika Nazirliyi ilə "Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılır: "Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin bu ilin aprelində Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq "Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib.
Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir”.