Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

FOREKS: DOLLARIN QİYMƏTİNDƏ BAHALAŞMA

27-09-2018, 10:58 Baxış: 163
FOREKS: DOLLARIN QİYMƏTİNDƏ BAHALAŞMA
Amerika Mərkəzi Bankının faiz qərarı və ABŞ iqtisadiyyatına dair müsbət açıqlamalar dolların dünya birjalarında 1%-ə kimi bahalaşmasına səbəb olub.Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətləri Amerika Mərkəzi Bankının faiz artımından sonra 0.7% bahalaşıb.
Beləliklə, artıq 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.16$-a kimi də ucuzlaşa bilər.
Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi 6.00TL-nin üzərində ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, yenidən 6.21TL-yə kimi bahalaşa bilər.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 82$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 84$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.