Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Azərbaycan Türkmənistandan benzin alacaq

29-09-2018, 10:03 Baxış: 126

Azərbaycan Türkmənistandan benzin alacaqSOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək "Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. 

Bu barədə neft bazarındakı mənbə məlumat verib. 
BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.
 

"BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə "Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.
Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. "Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.