Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

QIZILA OLAN MARAQ BİRDƏN-BİRƏ YÜKSƏLDİ

3-10-2018, 10:04 Baxış: 133
QIZILA OLAN MARAQ BİRDƏN-BİRƏ YÜKSƏLDİ
Amerika Mərkəzi Bank sədri Jerom Povelin iqtisadiyyatda mövcud olan risklər haqqında danışması, foreks bazarlarında dollara mənfi təsir edib.
Qızıla olan maraq birdən-birə yüksəldi FED-in açıqlamaları bazarları qarışdırdı.
Dünya valyuta birjalarında Amerika Mərkəzi Bank sədrinin çıxışından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri 0.5%-ə kimi ucuzlaşıb. Sədr Amerikada əmək haqlarının artmalı olduğu bir şəraitdə bunun baş verməməsinin yaratdığı risklərə diqqət çəkib.
Beləliklə, 1.15$-a kimi ucuzlaşan EUR/USD məzənnəsi yenidən 1.16$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 1.17$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
İqtisadi risklər əlvan metallar bazarlarında qızıla olan tələbin sürətlə artmasına təsir edib.
Artıq son iki aydır 1200$-ın üzərində möhkəmlənə bilməyən qızılın qiymətləri, bir neçə saat ərzində 1200$-ın üzərində möhkəmlənib.
Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1208$-ı da yuxarı istiqamətdə qırarsa, 1212 və 1220$-a kimi dəyər qazana bilər.