Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 15.10.2018

16-10-2018, 08:35 Baxış: 105
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 15.10.2018
Dünya birjalarında Avropa Birliyi ilə İngiltərə arasında breksit siyasi böhranı və qızıla tələbin artması, investorların bu həftə diqqət mərkəzində olacaq.EUR.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.15$-a ticarət edilir və 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Avropada siyasi risklərin artması, iqtisadiyyata mənfi təsir etməklə, avronun qiymətinə də mənfi təsir edir. Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərim də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
GBP.
GBP/USD məzənnəsi də bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi fonunda bu gün 0.6%-lik ucuzlaşması ilə yadda qalıb. Təhlillərə əsasən, 1.31$-a ticarət edilən valyuta cütlüyünün qiyməti, 1.30$-a kimi də ucuzlaşa bilər. İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir. Çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq dərc ediləcək İngiltərənin işsizlik, inflyasiya və pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
TRY.
Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.90TL ətrafında dalğalanmaqdadır və 6.00TL-nin altında qaldıqca, 5.70TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, bazar ertəsi saat 12:00-da yayımlanacaq Türkiyənın dövlət büdcəsi ilə bağlı statistik göstəricilər də böyük rol oynaya bilər.
OIL.
Avropanın Brent markalı neftinin bir barel qiyməti isə keçən həftə ərzində 80$-a kimi ucuzlaşsa da "OPEC+” ölkələrinin bəyanatının təsiri ilə dəstək aldığı qiymətlərin üzərində ticarət edilməsi, yenidən bahalaşa biləcəyi proqnozlarını da güclü saxlayır. Beləliklə, bazar ertəsi 81$-a kimi dəyər qazanan qiymət, 82$-ı da yuxarı istiqamətdə qırarsa, 84$-a kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti sürətli artım dalğası ilə yenidən investorların diqqətini cəlb edib. Artıq 1220$-ın (39.2 $/qram) üzərində təklif edilən qiymət, 1226$-ı (39.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1234$-a (39.7 $/qram) kimi də dəyər qazana bilər.