Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycan sentyabrda Ukraynadan 1000 tona yaxın şəkər idxal edib

17-10-2018, 08:17 Baxış: 168

Azərbaycan sentyabrda Ukraynadan 1000 tona yaxın şəkər idxal edibAzərbaycan cari ilin sentyabr ayında Ukraynadan 888 ton şəkər idxal edib.

Bu barədə Ukrayna Milli Şəkər İstehsalçıları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna istehsalçıları cari marketinq ilinin birinci ayında (sentyabr) ümumilikdə 11,1 min ton şəkər ixrac ediblər ki, bu da avqust ayı ilə müqayisədə iki dəfə azdır.

Bildirilir ki, bu göstəricinin 8 faizi Azərbaycanın payına düşüb. Ötən ay ən böyük şəkər idxalçısı isə Özbəkistan olub – 62 faiz. Həmçinin həmin rəqəmin 17 faizi Moldovanın, 8 faizi isə Tacikistanın payına düşüb.