Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS: DOLLARDA BAHALAŞMA PROQNOZLARI

24-10-2018, 08:53 Baxış: 134
FOREKS: DOLLARDA BAHALAŞMA PROQNOZLARI Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma investorların risk iştahasını daha da artırıb.
Foreks: Dollarda bahalaşma proqnozları Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) dekabr ayında növbəti faiz artımına gedə biləcəyi ehtimallarının daha da artması, avro və lirənin qiymətlərinə təzyiqləri də artırır.
Dünya bazarlarında FED-in ilin sonuna kimi uçot faiz dərəcələrinin yuxarı sərhədini 2.50%-ə kimi artıra biləcəyi ehtimallarının yüksəlməsi, dollara olan tələbin artmasına təsir etməklə, digər valyutalara nisbətən məzənnələrinin də bahalaşmasına səbəb olur. Qeyd etmək lazımdır ki, FED-in noyabr ayının 8-i və dekabr ayının 19-u faiz qərarları açıqlanacaqdır.
EUR/USD məzənnəsi 1.15$-ın altında qaldıqca, 1.14$-a kimi 1%-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi yenidən bahalaşaraq, 5.70TL-nin üzərində təklif edilməkdədir və bu səviyyənin üzərində möhkəmlənərsə, 5.98TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qızılın ucuzlaşması proqnozları. Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti çərşənbə axşamı 1239$-a kimi bahalaşsa da ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.
Qiymət 1229$-ı da aşağı istiqamətdə qırarsa, 1216$-a kimi də dəyər itirə bilər.