Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 03.12.2018

3-12-2018, 09:01 Baxış: 27
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 03.12.2018Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında investorların risk iştahının artmasına səbəb olub.
Avro, funt, qızıl və neft bahalaşır.
EUR.
Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çinin xarici ticarətdə ilkin müsbət razılaşma əldə edtikdən sonra EUR/USDməzənnəsi də müsbət təsirlənib. Təhlillərə əsasən, 1.13$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində 1.14$-a kimi də bahalaşa bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, ümumilikdə Avrozona iqtisadiyyatına və beləliklə, avronun da qiymətinə müsbət təsir edir. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
GBP.
GBP/USD məzənnəsi də 1.28$-ı yuxarı istiqamətdə qırarsa, burada da bahalaşma 1.29$-a kimi sürətlənə bilər. İngiltərə milli valyutasının gələcək qiyməti üçün AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi də əsas rol oynayır. Dekabr ayının 11-i İngiltərə parlamenti səs verməyə gedəcəkdir.
TRY.
Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.18TL-yə ticarət edilir. Texniki təhlillərə əsasən, məzənnə 5.13TL-ni də aşağı istiqamətdə qırarsa, dolların ucuzlaşması 4.98TL-yə kimi də davam edə bilər. Bu gün saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiya ilə bağlı yeni göstəriciləri də vacib olacaqdır.
OIL.
Avropanın Brent markalı neftinin bir barel qiyməti 58$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Yeni həftənin ilk ticarət sessiyasında artıq 62$-ın üzərində təklif edilən qiymət, 65 və 67$-a kimi də dəyər qazana bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında neftə olan tələbin də artmasına təsir edir. Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızılınbahalaşmasına səbəb olub. 1225$-ın (39.4 $/qram) üzərində təklif edilən qiymət, 1226$-in (39.4 $/qram) da üzərində möhkəmlənərsə, 1230$-a (39.6 $/qram) kimi də dəyər qazana bilər.