Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Hokkaydo prefekturasında birgə Yaponiya-ABŞ hərbi kompüter modelləşməsi təlimləri keçirilir

10-12-2018, 09:43 Baxış: 159
Hokkaydo prefekturasında birgə Yaponiya-ABŞ hərbi kompüter modelləşməsi təlimləri keçirilir
Yaponiyanın quru özünümüdafiə qüvvələrinin bölmələri ABŞ ordusu ilə birlikdə Hokkaydo prefekturasında genişmiqyaslı komanda-qərargah kompüter modelləşməsi təlimlərinə başlayıblar.
NHK telekanalı xəbər verir ki, "Yamasakura” adlanan təlimlərdə təqribən 6600 hərbçi iştirak edir. Təlimlər ABŞ-Yaponiya hərbi qüvvələrinin potensial düşmənin ballistik raketlərin və xüsusi təyinatlı bölmələrin çıxarılması yolu ilə müşayiət olunan hücumuna qarşı müvafiq tədbirlərin gücləndirilməsi məqsədi daşıyır. Cari ildə təşkil edilən təlimlərdə, həmçinin kiberhücumlara qarşı tədbirlər də görülür.
ABŞ silahlı qüvvələrinin bu təlimlərdə iştirak üçün xüsusi bölmələr yaratdığı bildirilir.
Yaponiya hökuməti cari ayın sonlarında müzakirə ediləcək milli müdafiə proqramının direktivlərində kiberməkanın mühafizəsini əsas prioritetlər sahəsinə daxil etməyi planlaşdırır.