Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS BAZARLARINDA DOLLAR UCUZLAŞMAQDA

21-12-2018, 09:28 Baxış: 57
FOREKS BAZARLARINDA DOLLAR UCUZLAŞMAQDA
ABŞ iqtisadiyyatında risklərin artması, FED-in gələn il üzrə faiz artımı ehtimallarını azaltmaqla bərabər dolların da ucuzlaşmasına səbəb olur.
Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir edir. Təhlillərə əsasən, dollar indeksi cari həftənin minimum səviyyəsinin altında qalarsa, noyabr ayının minimum səviyyələrinə kimi 0.7% də ucuzlaşa bilər. Amerikanın "S&P” və "Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son 14 ayın minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimalları da azalır və dünya birjalarında dollar ucuzlaşır. Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 55$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 53$-a kimi də dəyər itirə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikanın iqtisadi inkişaf göstəricisinin açıqlanması gözlənilir və valyuta birjalarında aktivlik daha da arta bilər.