Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Solikamsk mədənindən 9 fəhlənin meyiti çıxarılıb

23-12-2018, 10:33 Baxış: 73
Solikamsk mədənindən 9 fəhlənin meyiti çıxarılıbRusiyanın Perm vilayətinin Solikamsk şəhərində kalium mədənində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub.
Xilasedicilər "Uralkaliya" mədənində yanğın nəticəsində yaranmış tüstüdən boğularaq ölmüş 9 fəhlənin meyitini çıxarıblar. Hadisə ilə bağlı yaradılmış qərargahdan bildiriblər ki, mədəndə çalışan 17 nəfərdən 8 nəfəri dərhal xilas edilib, qalan 9 nəfərlə əlaqə kəsilib. Şaxtaçılar oksigen balonları ilə təchiz edilsələr də balonların istifadə üçün nəzərdə tutulduğu vaxt yetərincə olmayıb.
Mədəndə qalan fəhlələri çıxışdan cəmi 10 metr məsafə ayırmasına baxmayaraq, yüksək temperatur və tüstü onlara yaxınlaşmağa imkan verməyib.
Yanğın 500 metr dərinliyi olan mədənin 340 metrliyində montaj köpüyü və inşaat tullantılarının alovlanması nəticəsində baş verib.