Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR 0.7%-A KİMİ UCUZLAŞA BİLƏR

25-12-2018, 10:34 Baxış: 60
FOREKS: DOLLAR 0.7%-A KİMİ UCUZLAŞA BİLƏR
ABŞ iqtisadiyyatında risklərin artması, FED-in əlavə faiz artımı ehtimallarını azaltmaqla bərabər dolların da ucuzlaşmasına səbəb olur.
Foreks: Dollar 0.7%-a kimi ucuzlaşa bilər Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir edir.
Təhlillərə əsasən, dollar indeksi keçən həftənin minimum səviyyəsini qırarsa, 0.7% də ucuzlaşa bilər.
Amerikanın "S&P” və "Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son 19 ayın minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir.
Beləliklə, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimalları da azalır və dünya birjalarında dollar ucuzlaşır. Brent nefti 50$-a kimi ucuzlaşdı.
Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır.
Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 50$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 46$-a kimi də dəyər itirə bilər.