Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

NEFT QİYMƏTLƏRİNDƏ BAHALAŞMA

27-12-2018, 08:49 Baxış: 83
NEFT QİYMƏTLƏRİNDƏ BAHALAŞMABeynəlxalq maliyyə bazarlarında Amerika iqtisadiyyatına dair müsbət siqnallar enerji bazarlarında neft qiymətlərinin 4$ bahalaşmasına səbəb olub.
Foreks:
Dollarda bahalaşma.
Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin 6%-lik bahalaşma, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də müsbət təsir edib. Təhlillərə əsasən, dollar indeksi çərşənbə gününün üzərində qalarsa, 0.3% də bahalaşa bilər. Bununla yanaşı, dollar indeksində bahalaşma məhdud qiymətləndirilir və fond indeksləri fonunda uzun müddətli perspektivdə risklər qalmaqdadır. Bu gün Bakı vaxtı ilə saat 19:00-da yayımlanacaq Amerikanın istehlak və ilkin mənzil bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. Amerikanın "S&P” və "Dou Cons” indeksləri son 19 ayın minimum səviyyələrinə kimi ucuzlaşdıqdan sonra müvafiq olaraq, 2478.1 və 22975 punkta kimi bahalaşıb.
 
Qeyd etmək lazımdır ki, fond indekslərində ucuzlaşma, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimallarını azaltmaqla və dünya birjalarında dolları da ucuzlaşdırır. Brent neftində 4$-lıq bahalaşma. Amerikanın fond bazarlarında müsbət tendensiya enerji bazarlarında neft qiymətlərinə də müsbət təsir edib.
Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 54$-a kimi 4$ dəyər qazanıb və 55$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma 58$-a kimi davam edə bilər.